Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutmaqda davam edir, 87 yaşlı kişi və onun 83 yaşlı həyat yoldaşı qəlpə yaraları alıb - VİDEO

Ermənilər Tovuzun sərhəd kəndlərini atəşə tutmaqda davam edir, 87 yaşlı kişi və onun 83 yaşlı həyat yoldaşı qəlpə yaraları alıb - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 06:52 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, ötən gün saat 20 radələrindən başlayaraq gecə saat 3-ə kimi düşmən bölmələri müxtəlif çaplı silahlarla Əlibəyli kəndini intensiv atəşə tutublar.

Yaşayış məntəqəsində 150-ə yaxın evin dam örtüyü güllərdən yararsız hala düşüb.

Düşmən qüvvələrinin açdığı atəş nəticəsində kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR