“Unibank” istiqrazların emissiyasından əldə etdiyi vəsaiti kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldəcək

“Unibank” istiqrazların emissiyasından əldə etdiyi vəsaiti kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldəcək
# 22 dekabr 2014 09:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” Bakı Fond Birjasında (BFB) 20 mln. manat həcmində istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Qeyd edək ki, yerləşdirilmə BFB-da dekabrın 24-də həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri qismində isə “Unicapital” və maketmeykeri kimi “PAŞA Bank” çıxış edir.

Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9,75%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR