Yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək dünya çempionatına Bakının ev sahibliyi etmək istəyi açıqlanıb - FOTO

Yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək dünya çempionatına Bakının ev sahibliyi etmək istəyi açıqlanıb - <span style="color: red;">FOTO
# 07 iyul 2014 14:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Yelkənli İdman Federasiyasının Prezidenti Qüdrət Qurbanovla Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marco Predieri ilə görüş keçirilib.

Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Qüdrət Qurbanov bildirib ki, Azərbaycanın beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edir və Bakıda mövcud olan hava şəraiti yelkənli qayıq yarışlarının keçirilməsi üçün əlverişlidir. Federasiya prezidenti yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək Dünya Çempionatına Bakının ev sahibliyi etmək istəyi barədə məlumat verib.

Karlo Kroçe Azərbaycanın bu təşəbbüslə çıxış etməsini müsbət qiymətləndirib.

İSAF və EUROSAF rəhbərləri Azərbaycanda yelkənli idman növünün inkişafının yeni mərhələsinə böyük ümidlər bəslədiklərini qeyd edərək, geniş beynəlxalq səlahiyyətləri çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasına lazımi dəstək verilməsinə hazır olduqlarını vurğulayıblar.

Görüşün sonunda Qüdrət Qurbanov İSAF-ın prezidentini Azərbaycana səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR