ABŞ Gürcüstana ağır hərbi texnika göndərib

ABŞ Gürcüstana ağır hərbi texnika göndərib
# 05 may 2015 00:42 (UTC +04:00)

Bakı-APA. ABŞ hərbi komandanlığı Gürcüstana təlimlərdə iştirak etmək üçün 14 "Bredli" piyadaların döyüş maşını və digər ağır texnika göndərib.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstan-ABŞ “Noble Partner” adlı təlimləri hərbi aerodromda və Tiflisin yaxınlığındakı Vaziani poliqonunda keçiriləcək.

Mayın 11-də başlayacaq təlimlərdə təxminən 600 ABŞ və gürcü hərbçisinin iştirak edəcəyi gözlənilir.

“Təlimlərin məqsədi NATO-nun gələcək əməliyyatlarında iştiraka hazırlığın artırılmasıdır”, deyə Gürcüstan müdafiə nazirliyindən bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR