Fəxri xiyabanda Müslüm Maqomayevin anım mərasimi keçiriləcək

Fəxri xiyabanda Müslüm Maqomayevin anım mərasimi keçiriləcək
# 15 avqust 2014 16:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Avqustun 17-də Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin anım mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, xalq artistləri, tanınmış musiqiçilər iştirak edəcəklər.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. 1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. O, 1973-cü ildə SSRİ xalq artisti, 1997-ci ildə "Şöhrət" Ordeni, 2002-ci ildə "İstiqlal" Ordeni ilə təltif edilib.

Müslüm Maqomayev 2008-ci ildə Moskvada vəfat edib, Bakıdakı I Fəxri xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR