Bu ayın sonuna qədər Babək prospektində yeni yeraltı piyada keçidi istifadəyə veriləcək - FOTO

Bu ayın sonuna qədər Babək prospektində yeni yeraltı piyada keçidi istifadəyə veriləcək - <span style="color: red;">FOTO
# 13 oktyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir.

Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, keçiddə son tamamlanma işləri aparılır: “Artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir”.

Keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş-çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub.

Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR