Hakerlər "Twitter"in 33 mln. istifadəçisinin hesabını sındırıb

Hakerlər "Twitter"in 33 mln. istifadəçisinin hesabını sındırıb
# 09 iyun 2016 13:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Hakerlər "Twitter" sosial şəbəkəsinin 33 mln. istifadəçisinin parolunu internetdə dərc edib. "APA-Economics" RBK-ya istinadən xəbər verir ki, böyük ehtimalla, parollar rusiyalı istifadəçilərə məxsusdur.

Zərərçəkmiş 15 istifadəçi "LeakedSource" portalına yayılan xəbəri təsdiqləyib.

"LeakedSource" sındırılmış hesabların axtarış bazası hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR