Bakıda bağlı qapı arxasında qadın ölüb

Bakıda bağlı qapı arxasında qadın ölüb
# 12 oktyabr 2014 15:54 (UTC +04:00)

Bakı-APA. Bakıda evdə qadın meyiti aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyə Bakının Nəsimi rayonunda bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində məlum olub ki, içəridəki şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər içəri daxil olublar və vətəndaşı huşsuz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində 1928-ci il təvəllüdlü qadının vəfat etdiyi müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR