Bank Of Baku

Növbəti köç karvanı Xankəndiyə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1

Növbəti köç karvanı Xankəndiyə çatıb, açarlar təqdim olunub - FOTO  - YENİLƏNİB-1
# 14 avqust 2026 13:26 (UTC +04:00)

Avqustun 14-də Xankəndi şəhərinə növbəti köç olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xankəndi şəhərinə köçürülən 22 ailəyə, ümumilikdə 102 nəfərə mənzillərin açarları təqdim olunub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

12.53

Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülüb.

Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

***

06.00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülüb. Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR