Narkotik bitki əkib-becərən Qax sakini tutulub

Narkotik bitki əkib-becərən Qax sakini tutulub
# 03 avqust 2014 16:04 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Narkotik tərkibli bitkiləri əkib-becərən Qax rayon sakini saxlanılıb.

Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərən şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Əlibəyli kənd yaxınlığında, meşə massivində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən, ümumi çəkisi 2 kq 70 qr olmaqla, narkotik tərkibli bitki hesab edilən 52 çətənə kolu aşkar olunub.

Çətənə kolları maddi sübut kimi ərazidən yığılaraq götürülüb.

Aparılan araşdırma zamanı məlum olub ki, narkotik tərkibli bitkini əraziyə rayonun Qaxingiloy kənd sakini, 27 yaşlı Nika Beroşvili əkib.

Keçirilmiş tədbir nəticəsində N. Beroşvili şübhəli şəxs qismində tutularaq polis şöbəsinə aparılıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR