Çin: Ukraynada böhranın nizamlanmasında etnik maraqlar nəzərə alınmalıdır

Çin: Ukraynada böhranın nizamlanmasında  etnik maraqlar nəzərə alınmalıdır
# 17 fevral 2015 23:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ÇXR-in BMT-dəki daimi nümayəndəsi Lyu Tszei BMT TŞ-nin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Çin Minskdə Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin Minskdə münaqişənin nizamlanmasına dair əldə olunan sazişi müsbət qəbul edir. “Dörd ölkə arasında Minskdə əldə olunan razılaşmalar Ukraynanın şərqində gərginliyin aradan qaldırılmasına və böhranın siyasi yolla həllinə imkan yaradır”, deyə diplomat bildirib.

“Çin hesab edir ki, Ukraynadakı problemin həlli zamanı siyasi məcrada qalmaq gərəkdir. Böhranın öz reallığı, öz tarixi var və münaqişənin həlli Ukraynada yaşayan bütün etnik qrupların maraqlarını və narahatlıqlarını əks etdirməlidir”, deyə Lyu Tszei bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR