Həmsədrlər Azərbaycan və Ermənistanı dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə çağırıblar - VİDEO

Həmsədrlər Azərbaycan və Ermənistanı dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə çağırıblar - <span style="color: red;">VİDEO
# 24 iyul 2014 07:42 (UTC +04:00)

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşlər zamanı həmsədrlər qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını ifadə ediblər.

Konkret olaraq vasitəçilər tərəfləri dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, habelə gərginliyin azaldılması üçün səylər göstərməyə və atəşkəş sazişinə riayət etməyə çağırıblar.

Həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər naziri həmçinin prezidentlərin görüşündə nəzərdən keçirilə biləcək məqamları müzakirə ediblər. Onlar bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməsi baxımdan önəmini vurğulayıblar. Tərəflər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mümkün görüşləri də müzakirə ediblər.

Açıqlamada qeyd olunur ki, həmsədrlər insanlar arasında etimad mühitinin yaradılması ilə bağlı məsələləri nəzərdən keçirməkdə davam edəcəkər və bunu münaqişə tərəfləri ilə müzakirə edəcəklər. Onlar hesab edir ki, bu cür proqramlar davamlı sülh üçün etibar və əminliyin yaradılmasına yardım edir.

Açıqlamada həmçinin bildirilir ki, Vyanada həmsədrlər Minsk qrupu ölkələrini sülh danışıqlarının gedişatı barədə məlumatlandırıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR