İnquşetiya heyvandarlığın inkişafında Azərbaycan təcrübəsini öyrənəcək

İnquşetiya heyvandarlığın inkişafında Azərbaycan təcrübəsini öyrənəcək
# 04 iyul 2014 09:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunus-Bek Yevkurov ölkənin Kənd Təsərrüfatı Nazirliyinə heyvandarlıq sahəsində böyük təcrübəsi olan azərbaycanlı fermerlərin cəlb edilməsini məsləhət görüb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Y. Yevkurov bunu Malqobek rayonunda ət kombinatının tikinti işlərinin gedişi ilə tanış olarkən deyib.

Onun sözlərinə görə, azərbaycanlı heyvandarlıq mütəxəssislərinin təcrübəsini öyrənmək üçün bir qrup yerli mütəxəssislərin Azərbaycana səfərini təşkil etmək zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR