Liviya ordusu Benqazi şəhərinin böyük hissəsini nəzarət altına alıb

Liviya ordusu Benqazi şəhərinin böyük hissəsini nəzarət altına alıb
# 25 oktyabr 2014 20:19 (UTC +04:00)

Bakı-APA. Liviya ordusu ölkənin ikinci ən böyük şəhəri Benqazinin 90% ərazisini nəzarət altına alıb.

APA-nın İTAR-TASS agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya milli ordusunun rəsmi nümayəndəsi, polkovnik Məhəmməd Hiqazi bildirib.

“Benqazinin mərkəzində və şəhər ətrafında cəmləşən ekstremistlər artıq mühasirədədirlər. Ordu yerli əhalinin köməyi ilə hücumu davam etdirir”, deyə Hiqazi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR