Məhkəmələrdə baxılan cinayət işlərinin sayına görə Azərbaycan MDB ölkələri arasında sonuncu yerlərdədir

Məhkəmələrdə baxılan cinayət işlərinin sayına görə Azərbaycan MDB ölkələri arasında sonuncu yerlərdədir
# 19 noyabr 2014 13:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciətlər əsasən mülki işlərlə bağlıdır” .

APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev bildirib ki, Ali Məhkəməyə daxil olan şikayətlərin çoxu da mülki işlərlə bağlıdır: “Ali Məhkəmədə və ümumiyyətlə Azərbaycanın bütün məhkəmələrində baxılan işlərin 80 faizi mülki və iqtisadi işlərdir. Azərbaycanda son 15-20 ildə cinayət işləri stabil olaraq qalır. Onu da qeyd edim ki, MDB ölkələrində məhkəmələrdə baxılan cinayət işlərinin sayına görə Azərbaycan axırıncı yerlərdədir. Azərbaycanda orta hesabla il ərzində 15 minə qədər cinayət işinə, 165 mindən çox isə mülki və iqtisadi işlərə baxılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR