TÜRKSOY-un rəsm kolleksiyasından seçilmiş nümunələr ilk dəfə İstanbulda sərgilənəcək

TÜRKSOY-un rəsm kolleksiyasından seçilmiş nümunələr ilk dəfə İstanbulda sərgilənəcək
# 09 avqust 2014 12:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Avqustun 16-da İstanbulda Dolmabağça Sarayının sənət qalereyasında TÜRKSOY-un rəsm kolleksiyasından seçilmiş nümunələrdən ibarət “Rənglərin ahəngi” adlı sərgi açılacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisi Milli Saraylar İdarəsinin dəstəyi ilə keçiriləcək sərgidə türkdilli ölkə və diyarlardan 45 rəssamın əsərləri yer alacaq.

Avqustun 30-dək davam edəcək “Rənglərin ahəngi” adlı xüsusi sərgidə TÜRKSOY-un kolleksiyasında yer alan 2000-dən çox tablo arasından seçilmiş 80 əsər təqdim ediləcək. Dolmabağça Sarayının sənət qalereyasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və başqa ölkələrin fırça ustalarının əsərləri sərgilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR