Nazir: "Sürüşmə təhlükəsi olan ərazilər nəzarət altındadır"

Nazir: "Sürüşmə təhlükəsi olan ərazilər nəzarət altındadır"
# 30 iyun 2016 14:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Bizim vəzifəmiz sürüşmə baş verən əraziləri izləmək, proqnozlaşdırmaq və vaxtında xəbərdarlıq etməkdir”.

Bunu APA-ya açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazirin sözlərinə görə, bununla bağlı həftədə iki bülleten çap olunur: “Həmin bülletenlər qərar qəbul edən şəxslərə - sürüşmə hansı rayonun ərazisindədirsə, həmin rayonun rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə, Nəqliyyat Nazirliyinə və s. göndərilir. Təhlükəli ərazilərin hər biri nəzarət altındadır. Bu ərazilərdəki sürüşmə faktlarının çoxu antropogen səbəblərlə bağlıdır. Kimsə uyğun olmayan yerin altını kəsir, üstündə bina tikir, kefi istəyəni edir, düşünmür. Bizdə elə bilirlər ki, hər şey insan üçündür. Amma belə deyil, biz bunu anlamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR