Türkiyənin Təhsil Nazirliyi azərbaycanlı tələbənin yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib

Türkiyənin Təhsil Nazirliyi azərbaycanlı tələbənin yaralanması ilə nəticələnən hadisəyə münasibət bildirib
# 27 aprel 2013 10:46 (UTC +04:00)

Türkiyə Təhsil Nazirliyinin əməkdaşı, Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş təhsil müşaviri Halis Koyuncuoğlu APA-ya açıqlamasında hadisənin PKK tərəfdarları tərəfindən törədildiyini deyib: “Burada bir çox tələbənin, hətta azərbaycanlı tələbənin xəsarət alması bizi narahat edir. Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanıb və inanırıq ki, yekunda günahkarlar cəzalarını alacaqlar”.

Qeyd edək ki, Türkiyənin Anadolu Universitetində tələbələr arasında kütləvi dava hadisəsi baş verib. Hadisəyə milli zəmində baş verib. PKK terror təşkilatının tərəfdarı olan bir qrup tələbə “Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüstandan türkləri və faşizmi qovacağıq”’ şüarı ilə “Türk Dünyası” təşkilatının üzvü olan tələbələrin üzərinə hücum edib. Daha sonra hücum edənlərə dəstək olaraq əllərində dəmir və taxta parçaları ilə silahlanmış şəxslər qoşulub. Onlar da eyni şüarlar səsləndirərək, türk tələbələri döyüb, onlara ciddi xəsarətlər yetiriblər. Az sayda olan türk tələbələrdən 13 nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanların arasında Musa Əliyev adlı azərbaycanlı tələbə də var. Yaralılardan bəzilərinin də adı açıqlanıb. Bunlar ahıskalı Abuzər Süliyev, Qurban Şabanov, qazaxıstanlı Dastan Taşbayev, qırğızıstanlı Fikrət Teyfirov və krımlı İbrahim Alliçinovdur.

Bundan başqa daha 8 tələbə müxtəlif dərəcəli xəsarət alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR