Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub
# 06 iyun 2016 08:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri 25 kv.m sahədə və sexin içərisində təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi və təmirə dayanmış “Mercedes” markalı avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 09:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR