Qubada 80 yaşlı kişi itkin düşüb

Qubada 80 yaşlı kişi itkin düşüb
# 29 iyun 2016 07:36 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayonunun Zərdabi kəndinin sakini, 80 yaşlı Orucov Nadirşah Mövlud oğlu itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, o, bir həftə əvvəl saat 12:30 radələrində Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

Evdən çıxanda əynində göy köynək, qara şalvar, başında papaq, əlində əsa olub. Onu görənlərdən 070 742 46 04 nömrəsinə zəng vurmaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR