Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti Oleq Belozerov arasında ikitərəfli görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə bildirilib ki, O. Belozerov çıxış edərək Rusiya və Azərbaycan dəmir yolları arasında mövcud olan əlaqələrdən danışıb.
Öz növbəsində C. Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında və rəhbərlik etdiyi cəmiyyətin Rusiya şirkətləri ilə iqtisadi əlaqələri barədə ətraflı məlumat verib.
Daha sonra dəmir yolu sahəsinin inkişaf etdirilməsi, Rusiya-Azərbaycan dövlətlərin ərazisindən daşınan sərnişin və tranzit yüklərin həcminin artırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.