Ebola virusu ilə bağlı ölüm göstəricisi 70 faizə çatıb

Ebola virusu ilə bağlı ölüm göstəricisi 70 faizə çatıb
# 14 oktyabr 2014 20:33 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunur.

Bundan əvvəl epidemiyanın hazırkı mərhələsində ölüm hallarının 60 faiz təşkil etdiyi bildirilirdi. Ümumilikdə isə, Ebola virusuna yoluxmuş xəstələr arasına ölüm göstəricisi 90 faizə çata bilər.

Qeyd edək ki, 2014-cü ilin fevralından bu vaxtadək 4400 nəfər Ebola virusunun qurbanı olub. Epidemiya əsasən Liberiya, Syerra-Leone, Nigeriya və Qvineyanı əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR