Paytaxtda avtobus qəzaya uğrayıb, bir neçə sərnişin xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Paytaxtda avtobus qəzaya uğrayıb, bir neçə sərnişin xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 oktyabr 2014 00:15 (UTC +04:00)

APA-nın məlumatına görə, Əsədov Kamran Mahmud oğlunun paytaxtdan Sumqayıt istiqamətində 199 saylı xətt marşrutu üzrə idarə etdiyi Daewoo markalı iritutumlu avtobus Xırdalan dairəsi yaxınlığında başqa bir nəqliyyat vasitəsi tərəfindən vurulub. Bundan sonra sürücü Kamran Əsədov idarəetməni itirib və sərinişin avtobusunu dəmir yolu körpüsünün beton dirəyinə çırpıb.

Yol qəzası baş verən zaman avtobusda sərnişinlər də olub və onun zərblə beton dirəyə çırpılması nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Hadisənin təfərrüatlarını isə Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin istintaqçıları araşdırır. Yol qəzasına səbəb olduğu ehtimal edilən digər avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR