Marneulidə Xanım Zəhraya (s.ə.) həsr olunan "Gül aksiyası" keçirilib

Marneulidə Xanım Zəhraya (s.ə.) həsr olunan "Gül aksiyası" keçirilib
# 11 aprel 2015 20:07 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ) və İmam Əli (ə) Xeyriyyə Fondunun dəstəyi ilə təşkil olunub. Tədbirdə Quran ayələrini, Xanım Zəhranın (s.ə.) həyatı və onun söylədiyi kəlamları, onun haqqında yazılan məlumatları mükəmməl bilən gənc azərbaycanlı qızlar iştirak ediblər.

"Gül aksiyası" tədbiri çərçivəsində Marneuli şəhər sakinlərinə gül dəstələri və hədiyyələr təqdim edilib və Xanım Zəhra (s.ə) haqqında maarifləndirmə işi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR