Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan ərizə qəbulu bitib

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan ərizə qəbulu bitib
# 21 avqust 2014 10:06 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı aparılan elektron ərizə qəbulu bitib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) APA-nın sorğusuna cavabında bildirilib ki, bu günə qədər qeydiyyatdan keçən 3181 nəfər müsahibələrdə iştirak edib, 123 nəfər isə iştirak etməyib.

Müsahibələrdə iştirak edən uşaqların 1744 nəfəri I sinfə qəbul olub, 1437 nəfər isə müsahibədən keçə bilməyib.

Qeyd edək ki, 3537 nəfər qeydiyyatdan keçib.

Qeydiyyat başa çatsa da, müsahibələr sentyabrın 10-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR