Yunan xalqı kreditorların proqramına “yox” deyib - VİDEO

Yunan xalqı kreditorların proqramına “yox” deyib - <span style="color: red;">VİDEO
# 06 iyul 2015 07:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, əhalinin əksəriyyəti proqrama “yox” deyib.

Referendumda seçicilərin 62,5%-i iştirak edib. Onların 61,31%-i proqramın əleyhinə, 38,69%-i isə lehinə səs verib. Baş nazir Aleksis Tsipras xalqın cəsarətli seçim etdiyini vurğulayaraq kreditorlarla danışıqlar masasına qayıtmağa hazır olduqlarını bəyan edib. O bildirib ki, ilk növbədə bank sisteminin bərpasına və borcun yenidən strukturlaşdırılmasına çalışmaq lazımdır.

Qeyd edək ki, kreditorların planında Yunanıstanda dövlət xərclərinin, xüsusən sosial ödəmələrin kəskin azaldılması, vergilərin yüksəldilməsi, borcların maliyyələşdirilməsi və borcların qismən strukturlaşdırılmasını nəzərdə tutur. Xatırladaq ki, Yunanıstanın Avrokomissiya, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna 240 milyard avroya yaxın borcu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR