Avropa Şurası İnsan Hüquqları üzrə Rəhbər Komitənin sədri azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı sualı cavablandırmaqdan yayınıb

Avropa Şurası İnsan Hüquqları üzrə Rəhbər Komitənin sədri azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı sualı cavablandırmaqdan yayınıb
# 24 oktyabr 2014 11:03 (UTC +04:00)

APA-nın məlumatına görə, Ə. Ciftçi deyib ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş insanların yaşayış və mülkiyyət hüququ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər var. O, məhkəmənin belə olayların hüquqi, yoxsa beynəlxalq problem saydığı ilə maraqlanıb.

Avropa Şurası İnsan Hüquqları üzrə Rəhbər Komitəsinin sədri Vit Alexander Şorm hələlik araşdırılmayan məsələlərə öncədən cavab verməyin düzgün olmadığını bildirib: “Əgər sessiyada iştirak edərdisə, suala Avropa İnsan Haqları Məhkəməsinin sədri Din Şpilmanın cavab verməsi daha yaxşı olardı”.

Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası departamentinin direktorunun müavini Fredrik Sandberq də qaçqın və məcburi köçkünlərə dair məsələdən danışmaq istəməyib. O, Azərbaycan Ali Məhkəməsinin hakimi Vafəddin İbayevin Avropa Məhkəməsinin Eynulla Fətullayevin azadlığa buraxılması barədə etirazına münasibət bildirib və deyib ki, Eynulla Fətullayevin işində ciddi problemlər olduğu, ona qarşı irəli sürülən ittihamlar kifayət qədər əsaslandırılmadığı üçün Avropa Məhkəməsi onun azadlığa buraxılması barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR