Paşha Bank
Bank Of Baku

Qrossi: Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi

© APA | Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi

# 14 noyabr 2026 23:47 (UTC +04:00)

Ukraynanın elektrik şəbəkələrinin mövcud vəziyyəti nüvə təhlükəsizliyi üçün ciddi risklər yaradır və qışın yaxınlaşması ilə bu təhlükələr daha da arta bilər.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasının (AES) yenidən xarici elektrik təchizatından tam məhrum olması fonunda bildirib.

“Ukraynanın elektrik şəbəkələrinin vəziyyəti və bunun nüvə təhlükəsizliyinə təsiri ilə bağlı narahatlığımı ifadə etmək çətindir. Temperatur aşağı düşdükcə və qış yaxınlaşdıqca bu narahatlıqlar daha da artır”, – Qrossi deyib.

Agentliyin məlumatına əsasən, noyabrın 8-də 330 kilovoltluq “Ferrosplavnaya-1” elektrik ötürücü xəttinin zədələnməsi nəticəsində Zaporojye AES 12 saatdan çox xarici elektrik təchizatından məhrum olub.

Bildirilib ki, bu, münaqişə başlayandan bəri stansiyanın xarici elektrik enerjisini tam itirməsi ilə bağlı 27-ci hadisədir.

Qrossi nüvə təhlükəsizliyi üçün əhəmiyyət daşıyan enerji infrastrukturuna qarşı hərbi əməliyyatların tam dayandırılmasına çağırıb.

O, həmçinin tərəfləri “Dneprovskaya” yarımstansiyasının və Zaporojye AES-i enerji ilə təmin edən 750 kilovoltluq elektrik xəttinin bərpası üçün BAEA ilə əməkdaşlığı davam etdirməyə səsləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR