Gəncədə iki avtomobil toqquşub, yaralanan var - VİDEO

Gəncədə iki avtomobil toqquşub, yaralanan var - <span style="color: red;">VİDEO
# 12 avqust 2015 13:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsinə gedən yolda qeydə alınıb. “VAZ 2107” ilə “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2106”-nın sürücüsü, Şəmkir rayon Könüllü kənd sakini, 1955-ci il təvəllüdlü Sərdar İsmayılov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR