Finlandiyanın baş naziri: “NATO və Avropa Birliyi Ukraynaya hərbi yardım edə bilməz”

Finlandiyanın baş naziri: “NATO və Avropa Birliyi Ukraynaya hərbi yardım edə bilməz”
# 18 avqust 2014 11:28 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Avropa Birliyi və NATO Ukraynaya hərbi yardım edə bilməz”.

APA-nın “ İTAR-TASS”a istinadən xəbərinə görə, bunu Finlandiyanın baş naziri Aleksandr Stubb “Yle” televiziyasına müsahibəsində bildirib.

“Təbii, ki belə yardım qeyri-mümkündür. NATO yalnız öz üzvlərinə hərbi yardım edə bilər. Bilirsiniz ki, Avropa Birliyinin də belə yardım etmək üçün imkanları yoxdur” - deyə baş nazir deyib.

Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin NATO və AB-nin hərbi yardımına ehtiyacı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR