Azərbaycanda bu il əvəzedici müalicə proqramı çərçivəsində 424 narkoman müalicə edilib

Azərbaycanda bu il əvəzedici müalicə proqramı çərçivəsində 424 narkoman müalicə edilib
# 23 iyun 2016 14:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Təkcə 2015-ci ildə Respublika Narkoloji Mərkəzində sərxoşluğun bütün növlərinin təyin edilməsi üçün 30 655 nəfər müayinədən keçirilib”. APA-nın məlumatına görə, bunu bu gün Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Fondu ilə birgə 26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar keçirdiyi “Narkomaniya ilə mübarizədə gənclər təşkilatlarının rolu” mövzusunda konfransda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov söyləyib.

T. Məmmədhəsənov deyib ki, Nazirlər Kabinetinin 2016-cı ildə narkomaniyanın profilaktikası məqsədi ilə “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsində istifadə edilən əvəzedici müalicə proqramın tətbiqi şərtləri və qaydaları” təsdiq edilib: “Artıq 2016-cı ildən bu proqram çərçivəsində 424 xəstə müalicə olunub və şəfasını tapıb. Narkomaniya xroniki, sağalması çətin olan bir xəstəlikdir. Ən başlıca amil isə profilaktiki tədbirlərin həyata keçirilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR