Aşıq Ulduzun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Aşıq Ulduzun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib
# 01 oktyabr 2015 08:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında əməkdar mədəniyyət işçisi aşıq Ulduz Quliyevanın anadan olmasının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aşıq Ulduz Quliyevanın aşıq sənətinin görkəmli qadın nümayəndələrindən biri olduğunu söyləyib.

Ə. Vəliyev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını yubilyara təqdim edib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub aşıq Ulduzun yetişdiyi aşıq mühitinin, Gədəbəy aşıq məktəbinin layiqli davamçısı olduğunu vurğulayıb.

Sonda aşıq Ulduz Quliyevanın sənət dostları və yetirmələrinin ifasında konsert proqramı təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR