Elman Rüstəmov: “Azərbaycanın bank sektorunda ciddi islahatlara ehtiyac var”

Elman Rüstəmov: “Azərbaycanın bank sektorunda ciddi islahatlara ehtiyac var”
# 01 aprel 2015 13:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycanda müasir bank sektorunun qurulması üçün ciddi islahatlara, ciddi təkmilləşməyə hələ də ehtiyac var”.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bildirib ki, ölkədə müasir bank sisteminin əsas əlamətlərinə malik bank sektoru mövcuddur. Bununla belə, AMB rəhbəri əlavə edib ki, Azərbaycanda müasir bank sektoru yaratmaq lazımdır.

“Azərbaycanda sovet irsindən müasir əlamətlərə malik heç bir bank sektoru yox idi. Ümumiyyətlə, bank sektoru deyilən heç bir şey yox idi. Mərkəzi Bank da yox idi. Mentalitet, köhnə sovet mentaliteti nəzərə alınmaqla, mərkəzi planlaşdırma pul sisteminə də hopmuşdu. Sıfırdan hətta mən deyərdim ki, minusdan müasir əlamətlərə malik bank sistemi qurmuşuq. Biz müasir bank sisteminə hələ də nail olmamışıq. Mən bunu təvazökarlıq xətrinə demirəm. Bununla bağlı ciddi islahatlara, ciddi təkmilləşməyə hələ də ehtiyac var. Müasir bank sistemi bizim üçün bir hədəfdir”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR