Elxan Quliyev: "İcbari sığorta üzrə tariflərin artırılmasına ehtiyac yoxdur"

Elxan Quliyev: "İcbari sığorta üzrə tariflərin artırılmasına ehtiyac yoxdur"
# 23 iyun 2016 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Hazırda Azərbaycanda icbari sığorta üzrə tariflərin artırılmasına ehtiyac yoxdur".

"APA-Economics" xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

"Biz xarici ölkələrin İcbari Sığorta Bürosunun məlumatlarını müqayisə edirik. Xarici ölkələrdə icbari sığorta üzrə zərərlilik 98-99% təşkil edir. Azərbaycanda bir o qədər zərərlilik yoxdur. İcbari sığorta üzrə xidmətlər göstərən şirkətlərdə ən böyük problem komissiya ilə bağlıdır. Bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən tədbirlər görülür. Bu məsələ öz həllini tapandan sonra rentabellik artacaq", - deyə icraçı direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR