İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib
# 31 yanvar 2013 06:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Kirman şəhərində dünən səhər saatlarında 5 nəfər edam edilib.

APA-nın məlumatına görə, milliyyətcə bəluç olan Nemətulla Şahbəxşi, Abdulla Şahbəxşi, Abdurrahman Şahbəxşi, Nəzər Şahbəxşi və Saleh Noi Zehi 5 il əvvəl Kirmana gedərkən yolda avtobusda həbs ediliblər. Yerli məhkəmənin ölüm hökmü çıxardığı məhbusların ittihamları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR