Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub - FOTOSESSİYA

Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Hərbi Akademiyada olub - <span style="color: red;">FOTOSESSİYA
# 21 aprel 2015 18:01 (UTC +04:00)

Bakı-APA. Pakistan Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müharibə kursu"nun nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev qonaqları səmimi salamlayaraq Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sahəsində qazanılan nailiyyətlər və bir sıra digər məsələlərə dair ətraflı məlumat verib.

Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Manoçehr Kayani səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Tədbirdə qonaqlara "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "Xəzər dənizinin statusu" mövzularında brifinqlər təqdim olunub.

Briqada generalı M.Kayani Hərbi Akademiyanın fəxri qonaqları üçün nəzərdə tutulan kitaba ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR