Hacıqabulda "Niva" aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hacıqabulda "Niva" aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 05 noyabr 2015 23:53 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 5-də 23.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1977-ci il təvəllüdlü Rəhimov Qabil Güləli oğlu idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində ölüb. Avtomobildə olan sərnişinlər - Quba rayonu Qarxun kənd sakini, 1989-cu il təvəllüdlü Fərəcov Mətləb Səfərbala oğlu, Quba rayonu Adur kənd sakini, 1978-ci il təvəllüdlü Həsənov Sahib Nəsrulla oğlu və Şirvan sakini, 1981-ci il təvəllüdlü Orucova Afaq Hacı qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR