Bənəzir Bhuttonun qətlini araşdıran prokuror qətlə yetirilib

Bənəzir Bhuttonun qətlini araşdıran prokuror qətlə yetirilib
# 03 may 2013 13:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Pakistanın sabiq baş naziri Bənəzir Bhuttonun qətlini araşdıran prokuror Çaudri Zülfüqar Əli paytaxt İslamabadda qətlə yetirilib.

APA-nın “Euronews”-a istinadən verdiyi məlumata görə, naməlum şəxslər prokurorun avtomobilinə atəş açıblar. Nəticədə prokuror yerindəcə keçinib, onun cangüdəni isə xəsarət alıb. Qətl prokurorun B.Bhuttonun qətli ilə bağlı antiterror məhkəmədə çıxışından bir neçə saat əvvəl törədilib.

Qeyd edək ki, 2007-ci ildə Pakistan rəsmiləri sabiq baş nazirin qətlində talibləri günahlandırıblar. Lakin 2010-cu ildə BMT tərəfindən yayılan hesabatda B.Bhuttonun qətlin keçmiş prezident Pərviz Müşərrəf tərəfindən təşkil olunduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR