"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 11 iyul 2016 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 min 968 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 1 551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10 417-i isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 918 min 710-a çatıb.

Bu ilin iyulun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 130 min 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR