Şəmkirdə aqrar sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılmasına dair müzakirələr keçirilib - FOTO

Şəmkirdə aqrar sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılmasına dair müzakirələr keçirilib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2014 18:06 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə tədbirə Azərbaycan Dövlət Aqrar Universitetinin mütəxəssisləri, işəgötürənlər, eləcə də bölgədə istehsal fəaliyyəti ilə məşğul olan müəssislər qatılıb.

Tədbirdən əvvəl rayon Mədəniyyət Evində kənd təsərrüfatı istehsalı ilə məşğul olan müəssislərin sərgisi təşkil olunub. 30 şirkətin nümayiş etdirdiyi 100-dən artıq məhsul iştirakçılar tərəfindən maraqla qarşılanıb. Daha sonra “Aqrar sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər” mövzusunda təşkil olunan müzakirələrdə çıxış edənlər ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, eləcə də həllini gözləyən məsələlərdən danışıblar. Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri isə bölgədə güzəştli kreditlər hesabına yaradılan istehsal müəssisələri və onların iqtisadi inkişafa verdiyi töhfələrdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR