Mətbuat Şurasında rusiyalı jurnalistlərlə görüş keçirilib - FOTO

Mətbuat Şurasında rusiyalı jurnalistlərlə görüş keçirilib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2015 12:36 (UTC +04:00)

Bakı-APA. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu Azərbaycan Mətbuat Şurasında olub

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları salamlayaraq onlara Şuranın strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Sədr müavini Mətbuat Şurasının geniş beynəlxalq əlaqələrindən, bir sıra mötəbər tədbirlərə ev sahibliyindən söhbət açarkən qurumun postsovet məkanında model kimi qəbuluna da diqqəti çəkib. O, Şuranın tədbirlər planında seçkilərin işıqlandırılmasında KİV-nin fəal iştirakı məsələlərinə də önəm verildiyini vurğulayıb. Bu mövzudakı toplantıların fəal diskussiyalar şəraitində, əməli təkliflərin irəli sürülməsi ilə yadda qaldığını deyib.

Sonra qonaqların medianın parlament seçkilərini işıqlandırmasına yaradılan şəraitlə bağlı sualları cavablandırılıb. Görüşdə həmçinin KİV-in maddi-texniki bazasının inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, Mətbuat Şurasının fəaliyyətinin spesifik tərəfləri ətrafında da müzakirələr gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR