İran prezidenti “altılıq” ölkələrinin liderlərinə məktub ünvanlayıb

İran prezidenti “altılıq” ölkələrinin liderlərinə məktub ünvanlayıb
# 26 mart 2015 22:11 (UTC +04:00)

Bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verir.

“İran İslam Respublikasının prezidenti “altılıq” ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) liderlərinə nüvə məsələsi və bununla bağlı aparılan danışıqlardakı son vəziyyətlə əlaqədar məktub ünvanlayıb”, deyə prezidentin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qeyd edək ki, martın 28-də İsveçrənin Lozanna şəhərində İran və “altılıq” ölkələrinin XİN rəhbərlərinin görüşü nəzərdə tutulub. Görüşdə tərəflər əvvəl elan olunmuş tarixədək, yəni martın 31-dək, fikir ayrılığını aradan qaldırılmağa və konsensusa nail olmağa çalışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR