Barak Obama: “Putin ABŞ-ın sanksiyalarını bəyənməyib”

Barak Obama: “Putin ABŞ-ın sanksiyalarını bəyənməyib”
# 18 iyul 2014 22:35 (UTC +04:00)

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama ötən gün Ukraynadakı son hadisələrlə bağlı müraciətində qeyd edib.

“Mən dünən, əlavə sanksiyaların tətbiqindən sonra, Putinlə danışdım. O, bunun onun xoşuna gəlmədiyini bildirdi. Mən ona dedim ki, əlavə sanksiyalar mənim də xoşuma gəlmir, lakin biz Rusiyanın Ukraynada sülhün bərqərar olması istiqamətində çalışmasını arzuladığımızı əvvəl aydın şəkildə bildirmişdik”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, Rusiya, hələ ki, heç nə etmir və sülh yolu ilə getmir və Ukrayna suverenliyini pozmaqda, separatçıları dəstəkləməkdə davam edir, atəşkəs məqsədilə onlara təzyiq etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR