OPEK: Avqustda İranda neftin gündəlik hasilatı 3,18 mln barelə çatıb

OPEK: Avqustda İranda neftin gündəlik hasilatı 3,18 mln barelə çatıb
# 16 sentyabr 2015 02:44 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “İRNA” agentliyinin dərc etdiyi OPEK-in sentyabr ayı üzrə hesabatında bildirilir. “Avqustda İranda neftin gündəlik hasilatı 3,18 mln barelə çatıb. Ay ərzində gündəlik hasilatın həcmi 50 min barelədək artıb”, deyə hesabatda qeyd edilib.

Hesabata əsasən, İran avqustda neftin bir barelini 46, 25 dollara satıb. İyulda isə neftin qiyməti 56,86 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR