Azərbaycanda ünvanların yeni qaydalar əsasında verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılıb - FOTOSESSİYA

Azərbaycanda ünvanların yeni qaydalar əsasında verilməsi və ünvan lövhələrinin quraşdırılmasına başlanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2013 14:05 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri üzrə 2 500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması prosesinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bu işlərin icrası 2013-cü il ərzində digər şəhər və rayonları da əhatə edəcək.

Bakı şəhərində mövcud küçə və prospektlər üzrə yeni qaydalar əsasında hazırlanmış ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcək.

Yeni və dəqiq ünvanların verilməsi, vahid ünvan reyestrinin aparılması, küçə və prospektlərdə binalara müasir dizaynlı lövhələrin vurulması dövlət tərəfindən həyata keçirilən sosial əhəmiyyətli layihədir. Bu layihənin nəticələri vətəndaşlara, dövlət qurumlarına, bələdiyyələrə və təşkilatlara imkan verəcəkdir ki, ünvana ünvan məlumatlarına çevik, vahid və etibarlı çıxış əldə etsinlər, internet əsaslı elektron xidmətlərdən istifadə edə bilsinlər. «Həm də şəhərlərdə ünvanların tapılması, sosial və idarəetmə məsələlərinin həlli zamanı vaxt itkisi ilə qarşılaşmasınlar», - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR