Azərbaycan prezidenti Moldova səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - VİDEO

Azərbaycan prezidenti Moldova səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib - <span style="color: red;">VİDEO
# 03 iyun 2015 11:50 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı səfir İ. Bodiunun diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan-Moldova əlaqələrinin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edən prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İ. Bodiu isə qeyd edib ki, o, Azərbaycanın əsl dostu kimi ölkəmizi tərk edəcək. Moldovalı diplomat deyib ki, son illər Azərbaycanda gedən sürətli inkişaf proseslərini müşahidə etməkdə onun səfir kimi bəxti gətirib. O, bütün bu uğurların prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edildiyini xüsusi vurğulayıb. İ. Bodiu ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini, fəaliyyəti dövründə müxtəlif səviyyəli səfərlərin təşkil edildiyini, əlaqələrimizin sosial-mədəni sahələrdə fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR