Prezident Niyazi Novruzovla Əlövsət Baxşıyevi təltif edib

Prezident Niyazi Novruzovla Əlövsət Baxşıyevi təltif edib
# 23 iyun 2016 16:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Niyazi Hüseynqulu oğlu Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, N. Novruzov Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR