Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşları qəbul edib
# 25 iyul 2014 15:17 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdədə Ağdam, Ağcabədi, Beyləqan. Bərdə və Tərtər rayonlarından vətəndaşları qəbul edib.

APA-nın Qərb bürosunun məlumatına görə, müraciət edənlərin əksəriyyəti əsasən suvarma sahəsindəki problemlər, toxumçuluq və kənd təsərrüfatı texnikalarının çatışmazlığından danışıblar.

Vətəndaşlardan bir çoxunun müraciəti yerindəcə həllini tapıb. Bir çox məsələnin həlli nazirliyin müvafiq idarə və təşkilatları qarşısında təxirəsalınmaz vəzifə kimi qoyulub.

Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR