Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub

Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub
# 01 may 2015 16:44 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbir Azərbaycan Hərb Tarixi Muzeyi və Şuşa RİH-in birgə təşkilatçılığı ilə baş tutub.

Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun, muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin və əməkdaşların R. Qəmbərovun qəhrəmanlığına dair çıxışları dinlənilib. Qeyd edilib ki, Milli Qəhrəmanımız Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular və Göytala kəndlərinin müdafiəsində, Daşaltı, Şuşakənd, Xankəndi və s. yerlərdəki erməni quldur yuvalarının darmadağın edilməsində şücaət göstərib.

R. Qəmbərovun döyüş yoldaşları da onun haqqında xatirələrini bölüşüblər. Sonda Milli Qəhrəmana həsr olunan film və "Xatirə" kompozisiyası təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR