Tiflisdə "Şərq Tərəfdaşlığı ölkələri üzrə yerli və regional orqanların əməkdaşlığı" mövzusunda konfrans keçirilib - FOTO

Tiflisdə "Şərq Tərəfdaşlığı ölkələri üzrə yerli və regional orqanların əməkdaşlığı" mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 29 sentyabr 2014 20:42 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Polşa) hakimiyyət strukturları, AB-nin və Gürcüstan hökumətinin nümayəndələri, parlament deputatları, QHT və beynəlxalq qurumların təmsilçiləri iştirak edib. Tədbirdə Azərbaycanı Naxçıvan MR Ali Məclisinin deputatı, CORLEAP-ın büro üzvü Anar İbrahimov, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev, Şəki Şəhər Bələdiyyəsinin sədr müavini Gülnar Salamova təmsil edib.

Konfransı Avropa Birliyinin Regional Komitəsinin sədri, CORLEAP-ın fransalı həmsədri Mişel Lebran açaraq, Şərq Tərəfdaşlığı ölkələri üzrə yerli və regional orqanların əməkdaşlığını Avropaya inteqrasiya adlandırıb: "Şərq Tərəfdaşlığı ölkələrin AB ilə inkişaf çərçivəsində imkanları çoxdur. Yerli özünüidarəetmə orqanları Şərq Tərəfdaşlığı siyasətinin inkişafında böyük rol oynamalıdır. Bu quruma daxil olan ölkələrin əməkdaşlığı vacibdir və müsbət nəticələr verir".

Tədbirdə CORLEAP-ın Gürcüstan üzrə həmsədri Mamuka Abuladze çıxışında Şərq Tərəfdaşlığı ölkələri üzrə yerli və regional orqanların əməkdaşlığının artıq 3 ildir fəaliyyət göstərdiyini və təşkilatın ətrafında 6 ölkənin birləşdiyini, eyni zamanda bu ölkələrin AB-yə daha çox yaxınlaşdığını bildirib.

Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili AB və Şərq Tərəfdaşlığı ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının kibertəhlükəsizlik, məhkəmələrin müstəqilliyi, miqrasiya sənədlərinin nizama salınması, iqtisadiyyatın şəffaflığı, şəhərlərdə mer vəzifəsinə və digər seçkilərin beynəlxalq standartlara uyğun olması barədə fikirlərini bildirib. Dövlət naziri çıxışında Gürcüstan vətəndaşlarının 80 faizinin ölkənin Aİ strukturlarına inteqrasiyasını dəstəklədiklərini qeyd edib. O, Gürcüstan və digər Şərq Tərəfdaşlığı ölkələrin 20 faiz torpaqlarının işğal olunduğunu, bu ərazilərdə təcavüzün və münaqişələrin hələ də davam etdiyini, regional əməkdaşlıqda etnik azlıqlara yüksək diqqət yetirməyin vacibliyini vurğulayıb.

Tədbirdə Aİ regional inkişaf palatasının sədri Nataliya Romanova, Gürcüstan parlamentinin Avrointeqrasiya məsələləri üzrə komitə sədri Viktor Dolidze, Moldovanın Kişinyov şəhərinin meri Dorin Çirtoaka, Naxçıvan MR Ali Məclisinin deputatı, CORLEAP-ın büro üzvü Anar İbrahimov və başqaları çıxış edərək regional təhlükəsizlikdən danışıblar. Tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Giorgi Kvirikaşvili iştirak edib. Konfransda CORLEAP-ın yeni həmsədrliyi Ermənistana keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR